Vyetnam hökuməti ABŞ-ın çip istehsalçısı "Nvidia"nın Vyetnamda baza yaratmağı planlaşdırdığını açıqlayıb.

İndex.az xəbər verir ki, "Nvidia"nın CEO-su Jensen Huanq Vyetnama ilk səfəri zamanı şirkətin Vyetnamı öz vətəni hesab etdiyini və ölkədə qərargahın yaradılması planlarının olduğunu təsdiqləyib.

Huanqın Vyetnam Baş Naziri Pham Min Çin ilə görüşündən sonra Vyetnam hökuməti tərəfindən verilən açıqlamada, yaradılacaq bazanın Vyetnamın yarımkeçirici ekosisteminə və rəqəmsallaşmasına töhfə verəcəyini, eləcə də, dünyanın hər yerindən istedadlı işçiləri cəlb edəcəyini qeyd edib.

"İntel"in dünya üzrə ən böyük fabriki də daxil olmaqla iri çip yığma zavodlarına ev sahibliyi edən Vyetnam ABŞ və Çin arasında ticarət gərginliyi fonunda çip biznesini genişləndirməyə çalışır.