"Nvidia" səhmləri gözlənilmədən bahalaşamağa başlayıb.
İndex.az xəbər verir ki, "Nvidia"nın gözləniləndən daha güclü satış gəliri proqnozunu açıqlamasından sonra şirkətin səhmləri yüksəlişə keçib.
Bununla yanaşı "Nvidia"nın müsbət nəticələri və gözləntiləri bazarlarda müsbət atmosfer yaradıb.
Belə ki, "S&P 500" indeksi, 0,13% artıb.
"Nvidia" səhmləri isə ümumilikdə 11%-ə qədər artıb.
Asiyaya nəzər saldıqda Yaponiya səhmlərində də yüksəliş olduğunu görə bilərik.
"Nikkei 225" indeksi sonuncu dəfə 1989-cu ildə yüksələ bildiyi özünün ən pik həddinə yüksələrək rekord qırıb.
