Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) noyabrda qlobal ərzaq qiymətlərinin sabit qaldığını açıqlayıb.

İndex.az xəbər verir ki, FAO açıqlamasında bunun səbəbi yüksək bitki yağı qiymətlərinin aşağı beynəlxalq taxıl qiymətlərini kompensasiya etməsi olub.

Bitki yağı qiymət indeksi qlobal palma yağı qiymətlərindəki artım səbəbiylə aylıq bazda 3,4% artıb.

Beynəlxalq palma yağının qiymətləri noyabr ayında əsas idxalçı ölkələrin alışlarının artması və əsas istehsalçı ölkələrdə mövsümi aşağı hasilat nəticəsində 6%-dən çox yüksəlib.