Norveç hökuməti ölkədəki 12 nazirliyə kiberhücum edildiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Norveç hökumətindən verilən yazılı açıqlamada, kiber hücumlara məruz qalan 12 nazirliyin görülən təhlükəsizlik tədbirləri səbəbindən elektron poçt və ya digər mobil xidmətlərə çıxışının olmadığı bildirilib.

Yerli Hökumətlər və Regional İnkişaf Naziri Sigbjorn Gjelsvik mətbuata açıqlamasında kiberhücumları ciddi qəbul etdiklərini söyləyib:

"Norveç Hökumətinin Təhlükəsizlik və Xidmət Bölməsi (DSS) vəziyyəti diqqətlə izləyir və tədbirlər görür. Hücumun arxasında kimin dayandığı və onun miqyası barədə danışmaq üçün hələ tezdir".