İnkişaf etmiş ölkələrin mərkəzi banklarında faiz artımları bir-birini izləyir.

İndex.az xəbər verir ki, Norveç Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bəndi artıraraq avqust ayında da artım olacağına dair siqnallar verib.

Beləliklə, Norveç Mərkəzi Bankı uçot dərəcəsini 50 bənd artıraraq 3,75%-ə çatdırıb.

İqtisadçıların gözləntiləri uçot dərəcəsinin 3,50%-ə qaldırılacağı idi.