"Nissan" incəsənət işçiləri və sosial mediada məzmun yaradıcıları üçün nəzərdə tutulmuş tam elektrik yığcam krossover konsepti "Hyper Punk" təqdim edib.
İndex.az xəbər verir ki, Virtual və fiziki, eləcədə qapalı və açıq dünyalar arasında qüsursuz əlaqə təklif edən yeni nəsil krossover "Nissan Hyper Punk" bütün mühitlərdə özünü ifadə etməyə ilham verir.
Avtomobilin V2X sistemi istifadəçilərə istənilən vaxt və hər yerdə öz cihazlarını yandırmağa və doldurmağa imkan verəcək.
Bununla yanaşı avtomobil öz enerjisini baş verən hadisələr vasitəsi ilə insanlarla bölüşür.
İnteryerdəki elementlər yapon zövqünü əks etdirir və rəqəmsallıqla sənətin bir araya gəldiyi interyer yaradır.
Məsələn, bort kameraları avtomobilin ətrafındakı mənzərəni çəkə və süni intellektdən istifadə edərək onu dekorasiyaya və ya sahibinin seçiminə əsasən qrafik naxışlara çevirə bilər.
Şəkillər daha sonra pilot kabinəsində sürücünün ətrafına yerləşdirilən üç ekranlı displey üzərində proyeksiya oluna bilər.
Bu isə, reallıq və "metaverse" dünyasının birləşdiyi məkan yaradır.
Mobil yaradıcılıq studiyası kimi dizayn edilən kabin fasiləsiz internet bağlantısı təmin edir.
Sərnişinlər öz cihazları ilə internetə qoşularaq yolda olarkən məlumat əldə edə və ya məzmun yarada bilərlər.
Süni intellekt və biosensorlarla "Nissan Hyper Punk" konsepti sürücünün əhval-ruhiyyəsini aşkarlaya və avtomatik olaraq düzgün musiqi və işıqlandırma seçə bilər.
Bununla da sürücünün enerjisini və yaradıcılığını artırır.
