Niderlandda yeni evlərin satışı kəskin azalıb

İndex.az xəbər verir ki, Niderlandda yeni ev satışları ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 56,2% azalıb.

Bu rəqəm 2015-ci ildə mənzil satışı statistikası başlayandan bəri ən böyük azalma olub.

CBS iqtisadçısı Frank Notten yerli mətbuata verdiyi açıqlamada azalmanı bələdiyyələrdə kadr çatışmazlığı səbəbindən daha az lisenziya verilməsi ilə əlaqələndirib.

Onun sözlərinə görə, ölkədə lisenziyaların verilməsi zamanı azot emissiyalarının azaldılması məqsədi ilə bağlı sərt qaydalar azalmaya böyük zəmin yaradıb.