Dünyaca məşhur Amerika mərkəzli "New York Times" qəzeti, texnologiya nəhəngləri "OpenAI" və "Microsoft"a qarşı müəllif hüquqları iddiası açdığını açıqlayıb.

İndex.az xəbər verir ki, iddia xəbərini öz səhifələrində paylaşan “New York Times” yazıb ki, bu, müəllif hüquqları ilə qorunan nəşrlərin süni intellekt tərəfindən istifadəsi ilə bağlı atılmış addımdır.

Bununla da, qəzet "ChatGPT" və mövcud xəbər və məqalələrdən istifadə edən digər süni intellekt çatbotlarını məhkəməyə verən ilk ABŞ media orqanı oldu.

“The New York Times” həmçinin bildirib ki, süni intellekt şirkətləri medianın əsərlərindən qonorar ödəmədən istifadə edərək etibarlı məlumat əldə etməkdə media ilə rəqabət aparır və bununla da, biznes modelinə ziyan vurur.

Nəşr həmçinin iddia edir ki, öz məqalələrindən istifadə edən, lakin aldadıcı məzmunlar yaradan süni intellekt qəzetin brendinə xələl gətirir.