İlon Maskın yeni lahiyəsi "Neuralink" ikinci xəstə üzərində böyük uğur qazanıb.

İndex.az xəbər verir ki, "Neuralink"in "Link" adlı çipi ilə təchiz edilən Aleks adlı ikinci xəstə yalnız düşüncələri ilə "Counter-Strike 2" oynamağa başlayıb.

Keçən ay "Barrou Nevrologiya İnstitutu"nda həyata keçirilən əməliyyat zamanı beyninə "Neuralink" çipi yerləşdirən Aleks bu yeni texnologiyadan qısa müddətdə effektiv şəkildə istifadə etməyə başlayıb.

Aleks çipi sınaqdan keçirməyə başlayan kimi o, yalnız öz düşüncələri ilə kompüterinin kursorunu idarə edə bilib və bir neçə saat ərzində əvvəllər istifadə etdiyi bütün köməkçi texnologiyaların sürət və dəqiqlik həddini keçib.