"Netflix" bu ilin ikinci rübü üçün büdcə hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi "Netflix"in abunəçi bazası 2023-cü ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb.
Buna görə ilin ikinci rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3% artaraq 8,2 milyard dollara çatıb.
Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard dollar olub.
Şirkətin xalis mənfəəti ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1,5 milyard dollara çatıb.
Keçən ilin ikinci rübündə "Netflix"in xalis mənfəəti 1,4 milyard dollar olub.
Firmanın səhm üzrə qazancı da eyni dövrdə 3,20 dollardan 3,29 dollara yüksəlib.
