Yeni mövsümə və dərs ilinə hazırlaşmaq “NeoKart”ın yeni kampaniyası sayəsində daha sərfəli olacaq. Belə ki, "Yeni mövsümə hazır ol" kampaniyası çərçivəsində “Bank Respublika”nın bütün NeoKart sahibləri 3 kateqoriya üzrə - Geyim, Məişət texnikası və Dəftərxana ləvazimatları üzrə daha çox, 10% "NeoBonus" əldə edəcəklər.

Kampaniya sentyabr ayı boyunca davam edəcək və hər kəsə yeni iş və dərs mövsümünə hazırlaşmaq üçün sərfəli imkanlar yaradacaq. Kampaniyada iştirak etmək üçün avqustun 29-dan sentyabrın 30-dək müvafiq kateqoriyadan olan istənilən mağazada "NeoKart" ilə POS terminal üzərindən ödəniş etmək kifayətdir. Bununla yanaşı, "NeoKart" kart sahibləri əvvəlki kimi hər yerdə 2%, "Neo Qalaktika" tərəfdaş şəbəkəsində isə 55%-ə qədər zəmanətli keşbek qazanacaqlar.

"NeoKart Standart" və "NeoKart Premium" kartlarının bankın rəsmi internet səhifəsində pulsuz çatdırma ilə mümkündür. Həmçinin, "Neokart" sahibi olduqdan sonra Siz 4000-ə qədər“Xoş gəldin” Bonusu, hər ay kart qalığına illik 5%-ə qədər gəlir və "NeoKart Premium" kartı üzrə bütün əlavə güzəştlər paketi əldə edəcəksiniz.

Daha ətraflı məlumatı bankın rəsmi eləcə də , , , səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.