Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 63 milyon manat vergi daxil olub.
Bu barədə İndex.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 23,3% və ya 11,9 milyon manat çoxdur.
Bu ilin birinci 4 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,1% icra edilib.
