Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-iyul aylarında 1 milyard 652 milyon 55 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,3 faiz çoxdur.
İndex.az xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 3 563,5 manat olub.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-iyul aylarında 682 milyon 400 min 400 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
