Bu ilin aprel-dekabr aylarında Maliyyə Nazirliyinin kommersiya banklarında yerləşdirdiyi depozitlər üzrə dövlət büdcəsinə ümumilikdə 119,4 milyon manat əlavə gəlir köçürülüb.
İndex.az bu barədə nazirliyə istinadən xəbər verir.
Bunun 98,6 milyon manatı kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə, 20,8 milyon manatı isə Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə həyata keçirilib.
"Dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bankla imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib", - nazirlik qeyd edib.
