Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çoxdur.