ABŞ hökumətinin ölkədəki aktivlərini köçürmədiyi üçün "TikTok" sosial media platformasına qadağa qoymasından bir neçə gün əvvəl ölkənin zəngin və nəhəng qurumları ABŞ aktivlərini almaq üçün hərəkətə keçdi.
İndex.az xəbər verir ki, "YouTube" platformasında özünü göstərən və günümüzün ən önəmli prodüser şirkətlərindən birinə çevrilən MrBeast gözlənilməz bir addım atıb. Həftənin əvvəlində "TikTok" platformasını ala biləcəyini bildirən MrBeast vəsait axtarmağa başlayıb.
MrBeast bəzi milyarderlərlə görüşdüyünü və Çinin "ByteDance" şirkətinin onlara şans verməli olduğunu bildirib.
Ali Məhkəmədə apellyasiya şikayəti olan "TikTok" qadağasının təxirə salınması da gündəm ola bilər, lakin ABŞ-ın zəngin insanları bu fürsəti əldən vermək istəmir. İlon Mask "Twitter"i 44 milyard dollara satın aldıqdan sonra "TikTok"u da daxil etmək üçün əlindən gələni edir.
