"Morgan Stanley" iqtisadçıları FED-in iyun ayına qədər uçot dərəcələrini aşağı sala bilməyəcəyi barədə xəbərdarlıq ediblər.

İndex.az xəbər verir ki, "Morgan Stanley"in baş iqtisadçısı Ellen Zentner bildirib ki, inflyasiyanın 2%-lik hədəfə dönəcəyinə inanıb uçot dərəcələrini aşağı salmağa başlamaq üçün FED-ə cəmi iyun ayına qədər vaxt lazımdır.

Bu isə, bu ay yenidən yüksələn səhmlər üçün pis xəbər ola bilər.

İnvestorlar mərkəzi bankın mart ayından başlayaraq uçot dərəcələrini azaltma potensialı ilə bağlı getdikcə optimist olurlar.