ABŞ-dakı bank böhranından sonra "Wall Street" nəhənglərinin işdən çıxarma dalğasına "Morgan Stanley" də qoşuldu.
İndex.az xəbər verir ki, dekabr ayında 1600-ə yaxın insanı işdən çıxaran "Morgan Stanley" daha 3000 nəfəri ixtisar etməyə hazırlaşır.
Beləliklə, maliyyə məsləhətçiləri və aktivlərin idarə edilməsi bölməsində onlara dəstək verən işçilər istisna olmaqla, bank işçilərinin təxminən 5%-i ixtisar ediləcək.
