Misir prezidenti Əbdülfəttah əs-Sisi, Rusiyanın Sankt-Peterburqda keçirilən Afrika-Rusiya Sammitində çıxış edib.

İndex.az xəbər verir ki, Əbdülfəttah əs-Sisi taxıl dəhlizi sazişinin yenidən qurulması üçün konsensus əsasında həll gözlədiklərini bildirib.

Moskvanın dayandırdığı Qara Dəniz Taxıl Dəhlizi Razılaşması ilə bağlı fikirlərini bölüşən Sisi, bildirib ki, Taxıl Dəhlizi Sazişində konsensus əsaslı həll yolunu gözləyir.

Hər kəsin maraq və tələbləri nəzərə alındıqda bu razılaşma ilə taxılın qiymətinin artmasının qarşısını ala biləcəyini deyən Sisi, başda Afrika qitəsi olmaqla, inkişaf etməmiş ölkələrin ehtiyaclarına işarə edərək, taxıl dəhlizi üçün vasitəçilik etmək istədiklərini dilə gətirib.