Misir Baş Nazirliyi Misirdə yeni qaz quyularının yaradılacağı ilə bağlı məlumat yayıb.
İndex.az xəbər verir ki, Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla ölkəsinin 2025-ci ilin iyun ayına qədər 35 yeni qaz qazma quyusu qazmağı planlaşdırdığını açıqlayıb.
Molla görüşdən sonra ölkəsinin 2025-ci ilə qədər Aralıq dənizi və Nil Deltasında 45 təbii qaz quyusu qazmağı planlaşdırdığını, bunlardan 10-nun 2022-2023-cü maliyyə ilində həyata keçirildiyini bildirib.
2025-ci ilin iyun ayında başa çatacaq 2024-2025-ci maliyyə ilinin sonuna qədər sərmayəsi 1,5 milyard dollardan çox olan 35 yeni təbii qaz qazma quyusunun qazılacağını da əlavə edən Molla, ölkənin hasilat sürətini artırmağı hədəflədiklərini bildirib.
