Milli mətbuatda yer alan xəbərlərə görə, Milan Bələdiyyəsi, iqlim və hava planlaması çərçivəsində, 2021-ci ildə ilk dəfə olaraq stadionlar, qəbiristanlıqlar, avtobus dayanacaqları, parklar kimi ümumi yaşayış sahələri üçün tətbiq etdiyi məhdud siqaret qadağasının əhatə dairəsini genişləndirməyə qərar verdi.

İndex.az xəbər verir ki, bələdiyyənin qəbul etdiyi son qərar çərçivəsində 2025-ci il yanvarın 1-dən ictimai yerlərdə siqaret çəkmək qadağan ediləcək.

Yeni qaydaya əsasən, siqaret və tütün məmulatlarının istehlakına başqa insanlarla ən azı 10 metr məsafənin olması şərti ilə yalnız müəyyən ayrılmış yerlərdə icazə veriləcək.

Bu qaydaya əməl etməyənləri 40 avrodan 240 avroya qədər cərimə gözləyir.