Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan sanksiyalardan sonra "Microsoft" Rusiya bazarını tərk etsə də, yeni verilən qərar ilə Rusiyaya geri qayıdır.

İndex.az xəbər verir ki, Rusiyanın “Kommersant” qazetinin məlumatına görə, “Microsoft” şirkəti Rusiyadakı müştərilərinə lisenziyalarını yeniləmək üçün bildirişlər göndərməyə başlayıb.

Rusiya bu yaxınlarda qərb texnologiyalarının, eləcə də, oyunların və filmlərin piratlığını qanuniləşdirdi.

Nəticədə, pirat qanunu hökumətə patent sahibinin razılığı olmadan aktivləri ələ keçirməyə icazə verdi.

Qanun yalnız Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin mülkiyyətinə aid edilib.

Rusiyanın bu addımı "Microsoft"a 125 milyon dollara başa gəlib.

Bu səbəbdən "Microsoft" yenidən Rusiya bazarına geri dönməyə qərar verib.

Qeyd edək ki, sanksiyalar çərçivəsində Rusiyada "Xbox" konsolları, "Azure", "Windows" və "Microsoft 365"in satışı tamamilə dayandırılıb və xidmətlər kəsilmişdi.

Bununla yanaşı "Microsoft" 400 işçisini ixtisar edərək Rusiyadakı əməliyyatlarını dayandırmışdı.