Çıxdığı gündən bəri müxtəlif problemlərlə gündəmdə olan "Windows 11", davamlı olaraq yenilənməyə və yeni xüsusiyyətlər qazanmağa davam edir.
İndex.az xəbər verir ki, proqram təminatı nəhəngi "Microsoft", "Windows 11"in qovluq seçimlərini böyük ölçüdə kəsməyə hazırlaşır.
İndi "Windows 11" üçün paylaşılan ən son "Insider Preview Build 23481" versiyasında mühüm detal aşkar edilib.
"Windows 11"in "Fayl Explorer"də Qovluq Seçimləri ciddi şəkildə kəsiləcək.
"Microsoft"a görə, bu seçimlər uzun müddətdir "Windows"da olub və "Windows 11" istifadəçiləri tərəfindən müntəzəm istifadə edilmir.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, bu tənzimləmə ilə bağlı yekun qərar hələ verilməyib.
Bununla belə, "Microsoft"un hazırkı bəyanatları onun gələcək "Windows 11" yeniləməsinin bir hissəsi olacağını göstərir.
