ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Google"un ana şirkəti "Alphabet" aprel-iyun dövründə gəlirlərini artırıb.

İndex.az xəbər verir ki, “Microsoft”un gəliri 8% artaraq 56,2 milyard dollara, “Alphabet”in gəliri isə 7% artaraq 51,9 milyard dollara çatıb.

Şirkətin xalis mənfəəti də eyni dövrdə 20% artaraq 20,1 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar olub.