"Microsoft" süni intellektə investisiya yatırmağa davam edir.

İndex.az xəbər verir ki, "Microsoft" "OpenAI"a milyardlarla dollar sərmayə qoyduqdan sonra Fransız süni intellekt startapı "Mistral" ilə də əməkdaşlıq əlaqəsi yaradıb.

Məlumatlara görə, "Mistral" ilə qurulan tərəfdaşlıq çərçivəsində "Microsoft" şirkətdən kiçik bir pay alacaq.

Müqavilə çərçivəsində "Mistral"ın açıq və kommersiya dilli modelləri "Microsoft"un "Azure AI" platformasında mövcud olacaq.

Məlum olduğu kimi, "Azure AI" platformasına "OpenAI"nin texnologiyaları da daxil edilib.

Buna görə də "Mistral" "Azure"də kommersiya dili modeli təklif edən ikinci şirkət olacaq.

Eyni zamanda, "Microsoft" yeni modellərin hazırlanmasında "Mistral" ilə birlikdə çalışacaq.