"Microsoft Edge" brauzeri "Bing" süni intellekt çatbotunu sağ klik menyusuna inteqrasiya edir.

İndex.az xəbər verir ki, əvvəl "Bing" süni intellekti "Edge" brauzerinin yuxarı sağ tərəfində yerləşirdisə indi "Bing" brauzerdə sağ klik funksiyasına əlavə edilib.

Brauzerdə mətni seçərək sağ klikləyib ""Bing" ilə Axtarış" seçdiyiniz zaman o, birbaşa "Bing" pəncərəsində açılır və müvafiq məlumatları çeşidləməyə başlayır.

Bu xüsusiyyət yalnız mətni seçdiyiniz zaman görünür.

Mətni seçmədən siçanın sağ düyməsini sıxdıqda normal menyu açılır.