"Microsoft" təxminən 40 ildir istehsal etdiyi klaviatura modelini istehsaldan qaldırır.

İndex.az xəbər verir ki, "Microsoft" ilin birinci rübündə əldə etdiyi gəlirlərlə gözləntiləri aşsa da, "Windows" və cihaz satışlarında azalma müşahidə olunub.

Uzun müddət şirkətə ciddi gəlirlər gətirən "Surface" ailəsi də bu enişdən öz payını alıb.

Ötən həftə "Microsoft"un öz brendi altında klaviatura, siçan və veb-kamera istehsal etməyəcəyi, qalan ehtiyatlar tükəndikdən sonra isə bütün diqqətini "Surface" markasına yönəldəcəyi müzakirə edilirdi.

Bəzi mənbələr "Surface" markasının aksesuar istehsalında da ixtisarların olacağını bildirir.

"Microsoft" rəsmi açıqlama vermədiyi üçün ixtisarların nə qədər geniş olacağı bilinmir.