“Microsoft” ABŞ-ın ən dəyərli şirkəti adını yenidən geri qaytarmağa yaxındır.
İndex.az xəbər verir ki, bazar müşahidəçiləri bildirirlər ki, Redmondda yerləşən şirkətin lider olmq üçün qarşısında "Apple"dan başqa rəqibi yoxdur.
İki şirkət arasındakı bazar dəyəri fərqi 2021-ci ildə o qədər də kiçik deyildi.
Lakin 2023-cü ildə "Microsoft"un səhmləri 57%, "Apple"in səhmləri isə 47% artaraq bu fərqi böyük ölçüdə aradan qaldırdı.
Bununla yanaşı, "Microsoft" səhmləri 2024-cü ilin əvvəlində "Apple"ə nəzərən daha az dəyər itirib.
Microsoft-un səhmlərinin qiymətinin artması korporativ xərclərin qlobal artımının nəticəsidir.
"Microsoft" keçən il öz məhsullarına inteqrasiya etdiyi süni intellektə əsaslanan texnologiyaların populyarlığının sürətlə artmasından da faydalanıb.
Süni intellekt texnologiyaları "Microsoft"a bu seqmentdə əsas rəqiblərindən "Alphabet"in bir hissəsi olan "Google"u qabaqlamağa kömək edib.
Proqram təminatı nəhənginin süni intellekt və digər yüksək texnologiyalı müəssisələri bu il böyük sınaqdan keçiriləcək.
Çünki şirkətin müştərilərinin süni intellekt alqoritmlərini inkişaf etdirmək və yeni proqram məhsulları buraxmaq üçün pul ödəməyə davam edib-etməyəcəyini söyləmək çətindir.
