Bakı metropolitenində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqdan böyüyə hər kəsə xoş ovqat yaşadan, xatirələri canlandıran, simalarda təbəssüm oyadan növbəti layihələr keçirilir.
İndex.az xəbər verir ki, metronun bütün stansiyalarında Azərbaycan bəstəkarlarının uşaqlar üçün bəstələdiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş mahnılar, Ulu Öndərin uşaqlara arzuları və tövsiyələri səsləndirilir. Proqrama 30-dan artıq musiqi parçası daxil edilib.
Bündan əlavə əvvəlki illərdə sərnişin rəğbətini qazanmış daha bir layihəs yenidən sərnişinlərin ixtiyarına verilib. Bütün qatarlarda stansiyalara uyğun olaraq, “Qapılar bağlanır, növbəti stansiya...” sözlərini uşaqlar elan edirlər.
Uşaq səslərinə bürünmüş bayram ab-havası Bakı metropolitenində günün sonuna qədər davam edəcək.
