Rəqabət Şurası “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkətinə qarşı “Rəqabətin Mühafizəsi haqqında” qanunu pozduğu iddiası ilə araşdırma başlatmağa qərar verib.

İndex.az xəbər verir ki, ilkin araşdırma zamanı əldə edilən məlumatları müzakirə edən İdarə Heyəti, məlumatları ciddi və yetərli hesab etdiyindən "Meta" barəsində istintaqın açılması qərara alınıb.

Açıqlamada o da bildirilib ki, Rəqabət Şurasının qəbul etdiyi araşdırma qərarları təhqiqat aparılan təsərrüfat subyektlərinin və ya təsərrüfat birliklərinin qanunu pozması, qanun çərçivəsində cinayət cəzası ilə üzləşməsi kimi şərh edilməməlidir.