"Meta" aprel-iyun dövrü üçün büdcə hesabatını açıqladı.

İndex.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin ikinci rübündə 11% artaraq 32 milyard dollara çatıb.

"Meta" 2022-ci ilin ikinci rübündə 28,8 milyard dollar gəlir əldə etmişdi.

"Meta"nın xalis mənfəəti isə bu ilin ikinci rübündə 16% artaraq 7,8 milyard dollara çatıb.

Şirkət 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin 2022-ci ilin ikinci rübündə 2,46 dollar olan səhm üzrə qazancı bu ilin eyni dövründə 2,98 dollara çatıb.