"Meta" şirkəti "Apple"in virtual reallıq eynəkləri olan "Vision Pro" ilə rəqabət apara biləcək məhsul hazırlayır.

İndex.az xəbər verir ki, "Meta"nın gələn il təqdim etməyi planlaşdırdığı AR eynəkləri "Vision Pro"dan daha aşağı qiymətə satışa çıxarılacaq.

"Meta" qulaqlıqlar ilə idarəetmə pultlarını aradan qaldırmağı və AR eynəklərini yalnız əl və göz hərəkətləri ilə idarə etməyi hədəfləyir.

Şirkət virtual reallıq eynəkləri bazarında möhkəm yer tutmağı hədəfləyir.