"Meta" "Voicebox"u buraxmaq fikrindən daşınıb.
İndex.az xəbər verir ki, "The Independent"in yaydığı məlumata görə, “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi "Meta" səs qutusu kimi tanınan yeni nitq yaradan süni intellekt sisteminin sui-istifadə riski səbəbindən hələlik satışa çıxarılmayacağını açıqlayıb.
"Meta"nın verdiyi məlumata görə, "Voicebox" proqramı 6 dildə nitq çıxara bilir.
İngilis, fransız, ispan, alman, polyak və portuqal dillərində 50 min saatlıq səs yazısı yarada bilən "Voicebox" kontekstdən nəticə çıxararaq nitqdəki boşluğu doldura bilir.
Sistem həm də xam audio və transkripsiyadan müxtəlif üslublu audio istehsal etməyə qadirdir.
Cəmi iki saniyəlik nitqdən belə real səs yarada bilən "Voicebox" iki dil arasında üslubu qoruyur və ünsiyyətə kömək edir.
