"Meta" bu ayın sonunda "Messenger" və "Instagram" arasındakı söhbət bağlantısını ləğv edəcək.

İndex.az xəbər verir ki, "Meta" bu addımın səbəbini açıqlamasa da, bunun arxasında Aİ-nin Rəqəmsal Bazarlar Aktı ola bilər.

Qeyd edək ki, 2019-cu ildə elan edilən çarpaz platforma inteqrasiyası bir il sonra fəaliyyətə başladı və şirkətin iki ən populyar xidmətini bir-birinə daha da yaxınlaşdırdı.

2023-cü ilin dekabr ayının ortalarınada, "Meta" artıq "Instagram"dan "Facebook" dostlarınızla yeni söhbətlərə və ya zənglərə başlaya bilməyəcəyimizi bildirdi.

"Instagram"da "Facebook" hesabları ilə mövcud söhbətləriniz varsa, onları yalnız oxuya biləcəksiniz.