Azərbaycan Respublikasının Mərkəzi Bankı

İqtisadçı

Son tarix 11 yan 2025 - 

Struktur bölmənin adı: 

  • Tədqiqatlar departamenti \ Modelləşdirmə və proqnozlaşdırma şöbəsi

Son müraciət tarixi: 

  • 11.01.2025

Vəzifənin funksiyaları:

  • Müxtəlif statistik göstəricilərdən (ÜDM, inflyasiya, məzənnə, faiz dərəcəsi, işsizlik, büdcə, idxal-ixrac və s.) ibarət zaman sıralarının toplanılması, onların emalı və təhlili;
  • AMB-nin öz məqsəd və funksiyalarını həyata keçirməsi üçün müxtəlif təyinatlı struktur, natamam struktur və qeyri-struktur modellərin qurulması və mütəmadi təkmilləşdirilməsində iştirak;
  • Cari, qısamüddətli, ortamüddətli və uzunmüddətli dövr üzrə müxtəlif ssenarilərdə makroiqtisadi göstəricilərin proqnozlarının hazırlanmasında iştirak;
  • Pul siyasəti və maliyyə sabitliyi komitəsinin iclaslarında müzakirə üçün fərziyyə və ssenarilərin, makroiqtisadi proqnoz və gözləntilərdən ibarət təqdimatların və analitik arayışların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyəti üzrə prioritet mövzularda tədqiqat işlərinin aparılmasında iştirak və nəticələri barədə analitik yazıların, təqdimatların və işçi məqalələrin hazırlanmasında iştirak;
  • Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsində iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması.

Texniki kompetensiyalar: 

  • Makroiqtisadiyyat və ekonometrika
  • Mikroiqtisadiyyat
  • Beynəlxalq iqtisadiyyat və inkişaf iqtisadiyyatı
  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Təqdimat və yazı bacarıqları

Təcrübə: 

  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

Təhsil: 

  • Magistr (İqtisadiyyat, ekonometrika, statistika)

Davranış kompetensiyaları: 

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Ünsiyyətqurma və komandada işləmə

Dil bacarığı: 

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə)

Kompüter bacarıqları: 

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Statistik və ekonometrik - riyazi tətbiqi proqramlar (Eviews, Matlab, R) orta səviyyədə

İqtisadçı

 Son tarix 12 yan 2025 

Struktur bölmənin adı: 

  • Tədqiqatlar departamenti \ Mikroiqtisadi tədqiqatlar şöbəsi

Son müraciət tarixi: 

  • 12.01.2025

Vəzifənin funksiyaları:

  • Təhlil və tədqiqatlar üçün tələb olunan statistik göstəricilərin mütəmadi toplanması, məlumat bazalarının yenilənməsi və tədqiqat işinin tələblərinə uyğunlaşdırılması;
  • İqtisadiyyatın sahələri üzrə tədqiqatların aparılması, o cümlədən sənaye-klaster siyasəti, sənaye iqtisadiyyatına dair araşdırmalarda iştirak;
  • Müxtəlif məlumat bazaları, o cümlədən böyük verilənlərdən istifadə etməklə istehlak bazarında qiymətlərin mütəmadi təhlili;
  • Mikroiqtisadi subyektlərin, o cümlədən ev təsərrüfatları və şirkətlərin maliyyə-iqtisadi davranışlarının, biznesin inamı və istehlakçı gözləntilərinə təsir edən amillərin analitik təhlilində və bu istiqamətdə tədqiqat işlərinin aparılmasında iştirak;
  • İşsizlik, bazar uğursuzluğu və rəqabət, səmərəlilik və sair kimi mikroiqtisadi məsələlər üzrə tədqiqat ideyalarının müəyyən edilməsində, bu sahədə araşdırmaların aparılması və nəticələri barədə analitik yazıların hazırlanmasında iştirak;
  • İqtisadi fəaliyyət sahələri üzrə maliyyə axınlarının mütəmadi olaraq təhlili və hesabatın hazırlanmasında iştirak;
  • AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların, metodoloji sənədlərin hazırlanmasında iştirak.

Texniki kompetensiyalar: 

  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Makroiqtisadiyyat
  • Monetar iqtisadiyyat və pul siyasəti
  • Beynəlxalq iqtisadiyyat
  • Statistika və Ekonometrika
  • Analitik təhlil etmə
  • Təqdimat və yazı bacarığı
  • Siyasət təhlili üçün modelləşdirmə
  • Mikroiqtisadiyyat

Təcrübə: 

  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

Təhsil: 

  • Ali təhsil (iqtisadi/maliyyə);

Davranış kompetensiyaları: 

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Ünsiyyətqurma və komandada işləmə
  • Vaxtın idarə edilməsi

Dil bacarığı: 

  • Azərbaycan dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan)

Kompüter bacarıqları: 

  • MS Office proqramları (yüksək səviyyədə)
  • Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlar (R, Python, Stata, Eviews, Matlab proqramlarından hər hansı biri üzrə orta səviyyə)

Analitik

 Son tarix 08 yan 2025 

Struktur bölmənin adı

  • Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsi

Son müraciət tarixi: 

  • 08.01.2025

Vəzifənin funksiyaları:

  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və investisiya fondlarının idarəçilərinin fəaliyyətinin tənzimlənməsinə və nəzarətin təşkilinə dair normativ-metodoloji bazanın formalaşdırılması və mövcud bazanın təkmilləşdirilməsi üzrə normayaratma fəaliyyətində iştirak;
  • Kapital bazarını tənzimləyən qanunvericilik aktlarının hazırlanmasında iştirak;
  • Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının daxili qaydalarının optimallaşdırılması üzrə təkliflər hazırlanmasında iştirak, fond birjasının və klirinq təşkilatının daxili qaydalarının təhlilində və rəyin bildirilməsində iştirak;
  • Kapital bazarının iştirakçılarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak;
  • Prudensial normativlərin və tələblərin tətbiqi, habelə lisenziyalaşdırılan şəxslərə, həmçinin Mərkəzi Bankın nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına və digər aidiyyəti struktur bölmələrinə metodoloji dəstəyin həyata keçirilməsində iştirak;
  • Kapital bazarının iştirakçıları üzrə requlyativ çərçivəyə nəzərdə tutulan əlavə və dəyişikliklərinə kapital bazarı sektorunun mövqeyini qiymətləndirilməsində iştirak, lisenziyalaşdırılan şəxslər ilə kommunikasiyanın həyata keçirilməsində iştirak;
  • Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanmasında iştirak edir;

Texniki kompetensiyalar:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun
  • Qiymətli kağızlar bazarı haqqında qanun
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza
  • İnvestisiya fondları haqqında qanun
  • Ümumi iqtisadiyyat
  • Kapital bazarı sahəsində biliklər
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri
  • Maliyyə hesabatlılığı
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanun

Təcrübə:

  • Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 1 illik iş təcrübəsi.

Təhsil:

  • Ali təhsil (iqtisadi/maliyyə);

Davranış kompetensiyaları:

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Ünsiyyətqurma və komandada işləmə
  • Vaxtın idarə edilməsi

Dil bacarığı:

  • Səlis azərbaycan, yaxşı səviyyədə ingilis dili bacarığı arzuolunandır;

Kompüter bacarıqları:

  • MS Office proqramları (xüsusilə MS Excel);

Sertifikatlar:

  • CFA, ACCA, və ya Kapital bazarı sahəsində digər peşəkar sertifikatlar arzuolunandır.

Aparıcı iqtisadçı

 Son tarix 07 yan 2025 

Struktur bölmənin adı: 

  • Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti \ Maliyyə sektorunun inkişafı şöbəsi

Son müraciət tarixi: 

  • 07.01.2025

Vəzifənin funksiyaları:

  • Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
  • Maliyyə bazarları üzrə ən yaxşı praktikalar və milli inkişaf prioritetləri nəzərə alınmaqla müvafiq məqbul modellərin və mexanizmlərin tədqiqi və onların ölkədə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak;
  • Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
  • Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
  • Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;

Texniki kompetensiyalar: 

  • Maliyyə bazarları, institutları və alətləri
  • Bankçılıq
  • Maliyyə sektoru üzrə qanunvericilik
  • Maliyyə hesabatlığı
  • Makroiqtisadiyyat
  • Statistika və Ekonometrika

Təcrübə: 

  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi

Təhsil: 

  • Ali təhsil (iqtisadi/maliyyə);

Dil bacarığı: 

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dil (əla səviyyədə)

Kompüter bacarıqları: 

  • MS Office proqramları (yaxşı səviyyədə)

Sertifikatlar: 

  • CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar arzuolunandır.

Böyük hüquq məsləhətçisi

 Son tarix 08 yan 2025 

Struktur bölmənin adı

  • Maliyyə bazarlarının hüquqi təminatı departamenti\ Sığorta bazarlarının hüquqi təminatı şöbəsi

Son müraciət tarixi: 

  • 08.01.2025

Vəzifənin funksiyaları:

  • Maliyyə bazarları üzrə  qanunvericiliyin təkmilləşdirilməsində  və müvafiq hüquqi aktların hazırlanmasında iştirak edir;
  • Qanunvericilik, o cümlədən maliyyə bazarları qanunvericiliyi üzrə yenilikləri daimi əsasda izləyir və təhlil edir;
  • Maliyyə bazarlarının müvafiq sahəsi üzrə beynəlxalq təcrübəni öyrənir, müqayisəli təhlil edir;
  • Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrini təhlil edir;
  • Aparılan təhlil nəticələri ilə bağlı zəruri arayışlar, təqdimatlar, rəy və təkliflər hazırlayır;
  • Mərkəzi Bank tərəfindən qəbul edilən normativ xarakterli aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə müvafiq tədbirlər görür;
  • Təsir (təshih), təqdimat, sanksiya tədbirlərinin və digər icrası məcburi göstərişlərin tətbiqinə hüquqi dəstək göstərir;

Texniki kompetensiyalar

  • Təqdimat və yazı bacarıqları
  • Mülki hüquq, sığorta qanunvericiliyi, maliyyə bazarlarının hüquqi tənzimlənməsi sahəsində ümumi biliklər
  • Hüquqi araşdırma bacarığı
  • Texnologiyalarla bağlı biliklər
  • Hüquqi əsaslandırma bacarığı

Təcrübə

  • Hüquqşünaslıq ixtisası üzrə ən azı 5 il iş təcrübəsi (azı 3 ili maliyyə bazarları sahələrində)

Təhsil

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi arzuolunandır)

Davranış kompetensiyaları

  • Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, stressə davamlılıq
  • Təşkil etmə və nəzarət
  • Ünsiyyətqurma və komandada işləmə
  • Vaxtın idarə edilməsi

Dil bacarığı

  • Səlis azərbaycan dili, yaxşı səviyyədə ingilis dili bacarığı (rus dili arzuolunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)