Azərbaycan Respublikasının Mərkəzi Bankı
İqtisadçı
Son tarix 23 okt 2024
Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə Sektorunun inkişafı şöbəsi
Hesabatlı olduğu vəzifə Şöbə rəisi
Vəzifənin funksiyaları:
- Maliyyə sektorunun inkişafı ilə bağlı cari vəziyyətin təhlili, mütərəqqi beynəlxalq praktikanın araşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq təkliflərin verilməsində iştirak;
- Maliyyə sektorunun inkişaf məsələləri ilə bağlı beynəlxalq təşkilatlar və yerli qurumlardan daxil olan məktub və sorğuların cavablandırılmasında iştirak;
- Maliyyə sektorunun inkişaf strategiyasının icrası üzrə, habelə infrastrukturunun təkmilləşdirilməsi və səmərəliyinin artırılması istiqamətində təkliflərin verilməsində iştirak;
- Müvafiq normativ metodoloji bazanın hazırlanmasında iştirak;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak;
Texniki biliklər
- Maliyyə bazarları, institutları və alətləri – orta səviyyədə
- Bankçılıq – əla səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – orta səviyyədə
- Maliyyə hesabatlığı– orta səviyyədə
- Makroiqtisadiyyat – əla səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi .
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
-
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə)
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Sertifikasiya
- CFA, FRM və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Son müraciət tarixi: 22.10.2024
Müraciət linki:
Kiçik iqtisadçı
Son tarix 23 okt 2024
Struktur bölmənin adı Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti, Maliyyə inklüzivliyi bölməsi
Hesabatlı olduğu vəzifə Bölmə rəhbəri
Vəzifənin funksiyaları:
- Azərbaycanda maliyyə inklüzivliyinin cari vəziyyətinin dərindən təhlilinin aparılması, boşluqların və problemlərin müəyyən edilməsində iştirak;
- Bank xidmətlərinə çıxış, maliyyə məhsullarından istifadə və maliyyə savadlılığı kimi maliyyə inklüzivliyi göstəriciləri üzrə məlumatların toplanması və təhlil edilməsində iştirak;
- Maliyyə xidmətlərindən kənarda qalan və ya az istifadə edən əhalinin ehtiyac və prioritetlərini öyrənmək məqsədilə məlumat analitikasından və tədqiqat metodologiyalarından istifadə edilməsi;
- Maliyyə inklüzivliyinin artırılması üzrə siyasət qərarlarının hazırlanması məqsədilə qlobal tendensiyaların izlənməsi və maliyyə inklüzivliyi üzrə qabaqcıl təcrübələrin öyrənilməsi;
- Milli strategiyalarda və fəaliyyət planlarında nəzərdə tutulmuş maliyyə inklüzivliyi təşəbbüslərinin icrasında iştirak;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin icra vəziyyətinin və təsirinin monitorinqinin aparılmasında iştirak;
- Maliyyə xidmətlərindən kənarda qalan əhali və sahibkarlıq subyektlərinin ehtiyaclarına cavab verən maliyyə məhsul və xidmətlərin hazırlanması və implementasiyası istiqamətində maliyyə institutları birgə işlərin aparılmasında iştirak;
- Daxili və xarici maraqlı tərəflər üçün maliyyə inklüzivliyi fəaliyyətləri, nəticələr və problemlər haqqında müntəzəm hesabatlar və təqdimatların hazırlanmasında iştirak;
- Maliyyə inklüzivliyi təşəbbüslərinin koordinasiyası məqsədilə Mərkəzi Bankın digər departamentləri və xarici maraqlı tərəflərin fəaliyyətlərinin əlaqələndirilməsində iştirak;
Texniki biliklər
- Maliyyə bazarları, institutları və alətləri – orta səviyyədə
- Bankçılıq – orta səviyyədə
- Maliyyə sektoru üzrə qanunvericilik – orta səviyyədə
- Maliyyə hesabatlığı– orta səviyyədə
- Makroiqtisadiyyat – orta səviyyədə
- Statistika və ekonometrika – orta səviyyədə
Davranış kompetensiyaları
- Analitik təhlil etmə
- Ünsiyyət qurma
- İnnovativlik və kreativlik
- Vaxtın idarəedilməsi
Təcrübə
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
Təhsil
- Müvafiq sahədə ali təhsil (Maliyyə,İqtisadiyyat və Biznesin idarə edilməsi)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (əla səviyyədə)
Kompüter bacarıqları
- MS Office-Yaxşı səviyyədə
Son müraciət tarixi: 22.10.2024
Müraciət linki:
