"Mercedes" yeni elektrikli yük maşını "eActros 600"ü təqdim edib.
İndex.az xəbər verir ki, yeni "Mercedes eActros" 22 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və ümumi gücü 621 kVt/saat olan üç akkumulyator dəsti sayəsində bir dəfə doldurmaqla 500 km-ə qədər yol qət edə bilir.
"eActros 600" 100% elektriklə işlədiyindən aerodinamik elementlərə diqqət yetirilib.
Yük maşınının aşağı hissəsi tamamilə düz panellərlə örtüldüyü halda, A sütunlarında hava deflektorları yerləşdirilib.
Ön hissənin 80 mm uzadılması da mühəndislərə daha aerodinamik korpus yaratmağa kömək edib.
Bu şəkildə, "eActros 600"ün "Actros" modelinin kabinəsindən 9% aşağı olan sürtünmə əmsalına sahib olduğu bildirilir.
Yeni elektrikli yük maşınının böyük tutumlu batareyalarını 20%-dən 80%-ə qədər doldurmaq cəmi 30 dəqiqə çəkir.
