"Mercedes-Benz" ilin üçüncü rübü üzrə yekun maliyyə nəticələrini açıqlayıb.
İndex.az xəbər verir ki, Alman avtomobil istehsalçısının iyul-sentyabr dövründə düzəliş edilmiş əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8% azalaraq 4,9 milyard avroya düşüb.
"Mercedes-Benz"in mənfəəti üçüncü rübdə tədarük problemlərinə və sərtləşən rəqabət səbəbindən durğunlaşan bazar şərtlərinə görə azalıb.
Sözügedən dövrdə satışlar 1,4% azalaraq 37,2 milyard avroya düşüb.
"E-Class"dakı model dəyişiklikləri də "Mercedes"in balansına təsir edib.
Artan uçot dərəcələri və kredit riskləri mobillik maliyyəsi bölməsində mənfəətin 30%-dən çox azalmasına səbəb olub.
