"Mercedes-Benz", Rusiyanın ən böyük yük və avtobus istehsalçısı olan "Kamaz"dakı paylarını satıb.
İndex.az xəbər verir ki, "Mercedes-Benz" sözçüsü tərəfindən verilən açıqlamaya görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından təxminən 2 il sonra "Mercedes-Benz" ticarət avtomobil istehsalçısı "Kamaz"dakı paylarını satıb.
Alıcı haqqında məlumat verilməsə də, satış əməliyyatının tamamlandığı bildirilib.
Alman yük maşını istehsalçısı "Daimler Truck" "Kamaz"da 15% paya sahib idi.
2021-ci ildə "Mercedes-Benz" və "Daimler Truck" ayrıldıqdan sonra bu səhmlər qanuni olaraq "Mercedes-Benz"ə keçmişdi.
