Hakerlər mərc saytından külli miqdarda oğurluq ediblər.

İndex.az xəbər verir ki, "Staking" platformasının sisteminə sızan hakerlər ümumilikdə 41,3 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Həftənin əvvəlində pul kisələrindən anormal kriptovalyuta çıxışını görən "Stake" rəhbərliyi dərhal depozit və pul vəsaitlərinin çıxarılmasını dayandırıb.

Araşdırmadan təxminən 5 saat sonra sistem normal vəziyyətinə qayıdıb.

Hakerlər "Ethereum" ilə 15,7 milyon, "Matic"ilə 7,8 milyon və BNB ilə 17,8 milyon olmaqla, ümumilikdə saytdan 41,3 milyon dollarlıq aktivləri çıxarıblar.

Firma birjalarla əlaqə saxlasa da, hücumçuların "Tornado Cash" kimi saytlarda izlərini itirdikləri təxmin edilir.