2023-cü il demək olar ki, Naməlum Uçan Obyekt (UFO) və ya Naməlum Anomal Fenomen (AUP) hadisələri ili oldu.

İndex.az xəbər verir ki, indi də Meksikada mədəndən iki "yadplanetli" cəsədi çıxarıldığı iddia edilir.

Sentyabrın 12-də Meksika Konqresində "qeyri-insan" yadplanetli növünə aid olduğu və ən azı 1000 il yaşı olduğu deyilən iki cəsəd və fosil nümayiş etdirilib.

Vitrinlərdə nümayiş olunan mumiyalanmış qalıqların Perunun Kusko şəhərindən çıxarıldığı iddia edilir.

Qalıqların gerçək olub-olmadığı hələ bilinmir, lakin hadisədəki adlara nəzər saldıqda bunun real olmama ehtimalının kifayət qədər yüksəkdir.

Meksika mətbuatında yer alan xəbərlərə görə, Konqresdəki çıxışlara rəhbərlik edən jurnalist və ufoloq Xayme Maussan and içərək mumiyalanmış nümunələrin yer üzündən olmadığını və onların DNT-sinin demək olar ki, üçdə birinin naməlum olduğunu bildirib.