Sabunçu rayonu Maştağa qəsəbəsində qaz verilişi dayandırılıb.

İndex.az xəbər verir ki, buna səbəb avtomobilin qaz tənzimləyicisinə çırpılması olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev sorğumuza cavab olaraq bunu bildirdi: "Bir müddətdir ki, orada iş gedir. Yaxın vaxtlarda qəzanın nəticələri aradan qaldırılacaq və əraziyə qazın verilişi təmin olunacaq".