İlon Maskın keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ilə X sosial media platformasında açdığı yayımda texniki problem yaranıb.

İndex.az xəbər verir ki, Mask, X hesabındakı paylaşımında bildirib ki, X üzərində böyük bir DDOS hücumu olduğu görünür:

"Biz bunu dayandırmaq üçün çalışırıq. Ən pis halda, daha az sayda canlı dinləyici ilə davam edəcəyik və çıxışı daha sonra yayımlayacağıq".

Çoxdan gözlənilən debat təxminən 40 dəqiqə gec başladı və iki saatdan çox davam etdi.

X-in yaydığı məlumata görə, Tramp şəbəkədə yaranmış gecikməni tədbirə marağın əlaməti kimi göstərsə də, təxminən 1,3 milyon dinləyici onu izləyib.