"Tesla", "SpaceX" və X kimi şirkətlərin sahibi İlon Mask ABŞ prezidenti Co Baydenin fəaliyyəti ilə bağlı davam edən müzakirələrdə iştirak edib.

İndex.az xəbər verir ki, canlı yayımdan əvvəl Baydenin səhhətinin yaxşı olduğunu deyən ABŞ mediasının açıqlamalarını toplayan video yayımlayan Mask, mediaların demək olar ki, hamısının eyni yalanı eyni sözlərlə təkrarlamasının narahatedici olduğunu bildirib:

"Köhnə xəbərlər təkcə saxta deyil, həm də onların əsli yoxdur! Əgər həqiqəti bilmək istəyirsinizsə, X-də qalın".