"Meta"nın baş direktoru Mark Zukerberq, "Facebook" və "Instagram"a iki yeni süni intellekt dəstəkli xüsusiyyətin gələcəyini açıqlayb.

İndex.az xəbər verir ki, bu xüsusiyyətlərdən birincisi, Emu redaktəsi kimi tanınan mətn vasitəsilə fotoşəkilləri redaktə etmək xüsusiyyətidir.

İstifadəçilər şəkil üzərində obyekt və ya şəxsin yerini yazaraq silə və ya dəyişdirə biləcəklər.

Üstəlik, şəkil üzərində dəyişdirmək istədiyiniz obyekti seçməyə ehtiyac yoxdur.

Yazılı mətn və fotoşəkili aşkar edən süni intellekt hər şeyi sizin yerinizə həll edəcək.

İkinci xüsusiyyət Emu videosudur.

Bu xüsusiyyət ilə mətn yazmaqla, istinad şəklini yükləməklə və ya ikisinin kombinasiyası ilə videolar hazırlamaq mümkün olur.

İstehsal edilən videolar reallıqdan uzaq olsa da, animasiyalar "Meta"nın keçən ilki video yaratma sistemindən çox daha uğurlu görünür.