Azərbaycanın maliyyə sektorunun aktivləri bu il 5,7% artaraq 55,6 milyard manata çatıb.
İndex.az xəbər verir ki, bunun 74,4%-i banklarda cəmləşib ki, bu da ilin əvvəli ilə müqayisədə 1,3 faiz bəndi çoxdur.
Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) payı 1,4 faiz bəndi azalaraq 22,8%-ə düşüb, sığorta şirkətlərinin isə 0,1 faiz bəndi artaraq 22,6%-ə çatıb, investisiya şirkətlərinin payı isə dəyişməyərək 0,2% qalıb.
BOKT-ların aktivlərdəki payının yüksək olması “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə bağlıdır.
