RFI, "France 24" və "Franceinfo"nun ortaq yayımının qonağı olan Fransa prezidenti Emmanuel Makron, bu gün Parisdə başa çatacaq "Yeni Qlobal Maliyyə Paktı Sammiti" və Rusiya ilə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, Makron iqlim dəyişikliyi ilə mübarizə üçün təklif irəli sürüb.

Makron bu sammitlə təkcə planeti xilas etmək deyil, həm də yoxsulluq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq istədiklərini dilə gətirib.

Dünyanın qırılma anını yaşadığına diqqət çəkən Makron, iki il əvvəl Parisdə Beynəlxalq Valyuta Fondunun (BVF) ən yoxsul ölkələrə təqribən 100 milyard avro pul verməyə qərar verdiyini xatırladıb.

Emmanuel Makron biomüxtəlifliyin və meşələrin qorunması üçün fond yaradacaqlarını qeyd edib.