ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores hakim qarşısına çıxıb.

İndex.az xəbər verir ki, Maduronun hakimə ilk sözləri "Mən hələ də Venesuela prezidentiyəm. Mən günahsızam və yaxşı insanam" olub.

Maduro ona qarşı irəli sürülən dörd ittihamın hamısını rədd edib. Onun həyat yoldaşı Cilia Flores də ona qarşı irəli sürülən hər üç ittihamı rədd edib. "Mən günahkar deyiləm. Mən vicdanlı adamam. Məni Karakasdakı evimdən qaçırıblar", - Maduro deyib.

Maduronun nitqi də dəfələrlə kəsilib. Məhkəməyə sədrlik edən hakim Jude Alvin Hellerstein tez-tez Venesuela prezidentinin çıxışına mane olub. Venesueladan qaçaqmalçılıq yolu ilə necə çıxarıldığını təfərrüatları ilə danışmağa çalışan Maduro, Hellerstein tərəfindən dəfələrlə sözü kəsilib.


Vəkillər iddia edir ki, Maduronun həyat yoldaşı Flores qaçırılarkən ona qarşı sərt rəftar zamanı qabırğaları sınıb. Vəkillər Floresin tibbi müayinədən keçirilməsini istəyiblər. İlk məhkəmə prosesi təxminən yarım saat davam edib. Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, Nyu Yorkda hazırlanan ittiham aktında “narkotik terrorizmi”, “kokain idxalı”, “pulemyot və dağıdıcı qurğuların saxlanması” və “bu cinayətləri törətmək üçün sui-qəsd” ittihamları yer alıb.