“Yedioth Ahronot” qəzetinin məlumatına görə, Hizbullahın Metula qəsəbəsinə doğru atdığı raketlər bir neçə yerdə yanğınlara səbəb olub, bəzi evlərə ziyan vurub, bir qadın isə yüngül xəsarət alıb.

İndex.az xəbər verir ki, Metula bölgəsində baş verən yanğınların görüntüləri sosial mediada paylaşılıb.

Hücumlar nəticəsində rabitə və elektrik xətləri də zədələnib. İsrail ordusunun radiosu daha əvvəl bildirmişdi ki, son 48 saat ərzində ölkənin şimalına 150-yə yaxın raket atılıb.

İsrail ordusu həmçinin Hizbullahın 30 raket platformasını və vurulmağa hazır olan 150 raket buraxılış qurğusunu hədəf aldığını açıqlayıb.

Qeyd edək ki, İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən etibarən zaman-zaman intensivləşən qarşıdurmalar yaşanır.