Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Fransa, Almaniya və İspaniyada olan iqtisadi artımla bağlı fikrilərini bölüşüb.
İndex.az xəbər verir ki, AMB prezidenti Laqard, Fransanın "Le Figaro" qəzetinə verdiyi müsahibəsində Fransa, Almaniya və İspaniyada iqtisadi məhsuldarlığa dair son məlumatların olduqca ümidverici olduğunu söyləyib:
"Fransa, Almaniya və İspaniya üçün ikinci rüb üzrə ÜDM göstəriciləri çox ümidvericidir. Onlar bu il "Avrozona"da ÜDM-in 0,9% artması ssenarimizi dəstəkləyir. İnflyasiya ilə mübarizədə uzun bir yol qət edib hədəfə yaxınlaşırıq. İqtisadi və maliyyə məlumatları sayəsində 2%-lik orta müddətli inflyasiya hədəfinə çatdıqdan sonra bu məlumatların təhlilinə əsasən hərəkətə keçəcəyik".
